Qarabağda koronavirusa yoluxma sayı yenə artdı

Qarabağda koronavirusa yoluxma sayı yenə artdı
  23 Sentyabr 2020    Oxunub:2767
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa 6 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, Qarabağda koronavirusa yoluxanların ümumi sayı 385 nəfərə yüksəlib.

Yeni yoluxmalar Şuşa və Xankəndi şəhərlərində aşkarlanıb. Hazırda Qarabağda 95 nəfər təcrid edilib, 12 xəstənin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

İndiyədək 13 789 test aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Koronavirus  





Xəbər lenti