İsraildə rekord sayda yoluxma qeydə alındı

  23 Sentyabr 2020    Oxunub : 2049
İsraildə rekord sayda yoluxma qeydə alındı
İsraildə koronavirusa günlük yoluxma sayı rekord həddə çatıb.
Azvision.az xəbər verir ki, İsrail səhiyyə nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində 6 min 861 nəfər virusa yoluxub.

Bununla da ölkədə ümumi yoluxma halları 200 min 235-ə yüksəlib. Virus qurbanlarının sayı 24 nəfər artaraq 1309-a çatıb. İndiyə qədər 144 min 394 xəstə sağalıb, 631 nəfərin vəziyyəti isə ağırdır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İsrail   Virus