Litvalı nazir Lukaşenkonun andiçməsini saxta adlandırdı

  23 Sentyabr 2020    Oxunub : 2584
Litvalı nazir Lukaşenkonun andiçməsini saxta adlandırdı
Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasiminin "saxta" və komediya adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Twitter” hesabında yazıb.

"Belə bir komediya. Saxta seçki. Saxta inauqurasiya", Linkyaviçyus qeyd edib.

O, Lukaşenkonun Belarusun keçmiş prezidenti olduğunu da yazıb.

Xatırladaq ki, seçkilərdə Lukaşenkonun rəqibi olmuş Svetlana Tixanovskaya daha sonra Litvaya gedib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Belarus   Litva   XİN