Tixanovskaya özünü “lider” adlandırdı
“Bu gün xalqdan gizli şəkildə Lukaşenko andiçmə mərasimini keçirməyə çalışdı. Nə baş verdiyini hamımız anlayırıq. Özünü qanuni elan etmək üçün göstərilən bu cəhd yalnız əvvəlki səlahiyyətlərin tamamlandığına və xalqın ona yeni bir mandat verməməsinə gətirib çıxardı. Bu, inauqurasiya adlanan mərasim əlbəttə ki, bir komediyadır. Əslində, bu gün Lukaşenko sadəcə təqaüdə getdi”.
Tixanovskayanın sözlərinə görə, bu, o deməkdir ki, Lukaşenkonun güc strukturlarına verdiyi əmrlər artıq qanuni deyil və icra edilə bilməz: “Mən, Svetlana Tixanovskaya Belarus xalqı tərəfindən seçilən yeganə liderəm. İndi vəzifəmiz birlikdə yeni Belarus qurmaqdır".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Belarus Tixanovskaya