Türkiyədə axtarışda olan terrorçu tutuldu

  23 Sentyabr 2020    Oxunub : 1539
Türkiyədə axtarışda olan terrorçu tutuldu
Türkiyə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində axtarışda olan PKK terrorçusu tutulub.
Azvision.az xəbər verir ki, "Baver-Çektar" ləqəbli terrorçu Amasyada ələ keçirilib. O, polislərə müqavimət göstərərək üzərindəki qumbaranı partlatmaq istəyib. Lakin buna nail olmayıb.

Terrorçunun üzərindən iki saxta şəxsiyyət vəsiqəsi, eləcə də bölgədə gizlətdiyi silah və sursat aşkarlanıb.

Azvision.az

Teqlər: Türkiyə   PKK   Terrorçu