Koronavirusa yoluxanların sayı 32 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 32 milyonu keçdi
  24 Sentyabr 2020    Oxunub:1978
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 32 097 341, pandemiya qurbanlarının sayı isə 981 967 nəfərə çatıb.

İndiyədək 23 680 153 nəfər xəstəlikdən sağalıb.

ABŞ COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Sonrakı yerləri Hindistan, Braziliya, Rusiya və Peru tutur. ABŞ ölənlərin sayına görə də dünya lideridir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti