ABŞ-da etirazlar zamanı iki polis güllələnib

  24 Sentyabr 2020    Oxunub : 1295
ABŞ-da etirazlar zamanı iki polis güllələnib
ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində keçirilən etiraz aksiyaları zamanı iki polis yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açmaqda şübhəli bilinən bir nəfər tutulub.

Yaralı polislər xəstəxanaya yerləşdirilib və hazırda onların vəziyyəti stabildir.

Qeyd edək ki, Luisvilldə etirazçılarla polis arasında toqquşma afro-amerikalı Brionne Teylorun ölümü ilə bağlı məhkəmə iclasından sonra başlayıb.

Bu ilin martında ölən 26 yaşlı Taylor təcili yardımda işləyib. Axtarış aparmaq üçün gələn polislər ona səkkiz dəfə atəş açıb.

Azvision.az

Teqlər: ABŞ   Etiraz   Aksiya   Polis