Afrikada koronavirusa yoluxma halları çoxalır

Afrikada koronavirusa yoluxma halları çoxalır
  24 Sentyabr 2020    Oxunub:1690
Afrika qitəsində son 24 saatda 8813 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 436 min 433 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 209 nəfər artaraq 34 min 587-yə yüksəlib. İndiyədək 1 milyon 180 min 677 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə ilk sıralarda Cənubi Afrika (16 206), Misir (5 822) və Əlcəzair (1918) yer alır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika   Koronavirus  





Xəbər lenti