İsraildə sərt karantin rejimi başlayır

 İsraildə sərt karantin rejimi başlayır
  24 Sentyabr 2020    Oxunub:2245
İsrail hökuməti koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar sərt karantin tədbirlərini təsdiqləyib.
Azvision.az "Jerusalem Post"a istinadən xəbər verir ki, koronavirusla mübarizə üzrə komissiya hökumətə tövsiyələr təqdim etmişdi.

Sərtləşdirilmiş tədbirlər sentyabrın 25-dən etibarən 9 oktyabr - Sukkot bayramının sonuna qədər iki həftə qüvvədə olacaq.

İsrail Səhiyyə Nazirliyi ölkədə son bir gündə 7 minə yaxın yoluxmanın qeydə alındığını bəyan edib. Ümumilikdə isə İsraildə pandemiyanın başlamasından bəri COVID-19 virusuna yoluxanların sayı 200 min nəfəri ötüb.

İsrailin Baş Naziri Binyamin Netanyahu yalnız COVID-19-la bağlı göstəricilərin azaldığı təqdirdə daha yumşaq tədbirlərə qayıtmağın mümkün olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti