Hindistanda virusdan ölənlərin sayı artır

  24 Sentyabr 2020    Oxunub : 1455
Hindistanda virusdan ölənlərin sayı artır
Hindistanda son sutka ərzində 86 508 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 732 518 nəfərə çatıb. Son bir gündə 1129 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 91 149-a yüksəlib. İndiyə qədər 4 587 613 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici , virusdan ölümlərə görə isə 3-cü yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan   Koronavirus