Braziliyada COVID-19 kabusu davam edir

Braziliyada COVID-19 kabusu davam edir
  24 Sentyabr 2020    Oxunub:2320
Braziliyada son 24 saat ərzində 869 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 138 977-yə yüksəlib. Yoluxma sayı son sutkada 33 281 nəfər artaraq 4 624 885-ə çatıb. İndiyədək 3 992 886 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Braziliya   Koronavirus  





Xəbər lenti