Gürcüstanda daha 259 nəfər COVID-19-a yoluxub

Gürcüstanda daha 259 nəfər COVID-19-a yoluxub
  24 Sentyabr 2020    Oxunub:1826
Gürcüstanda son sutka ərzində daha 259 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 4399-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1705 pasiyent sağalıb, 25 nəfər dünyasını dəyişib. Hazırda karantində 5584, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti