Ukraynaya qarşı sanksiyalar başladı

Ukraynaya  qarşı sanksiyalar başladı
  29 Yanvar 2014    Oxunub:1004
Kanada hakimiyyəti Ukraynadakı bəzi vəzifəli şəxslərə qarşı ünvanlı qadağalar tətbiq edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın Xarici İşlər naziri Con Berd bununla abğlı açıqlamalar verib
.
“Bu gündən başlayaraq Kanada Kiyevdə kütləvi aksiyaların yatırılmasında məsuliyyət daşıyan rəsmi dövlət məmurlarına ölkəmizə girişi qadağan edir”-deyə bəyanatda deyilir.
Kanada baş naziri Stiven Harper hələk i, yalnız bir qisim ukraynalı siyasətçilərə qarşı ölkəyə giriş qadağasının tətbiq olunacağına qərar verib. Lakin bu şəxslərin adı açıqlanmır.

Yanvarın 28-də Kanada parlamentində Ukraynadakı hadisələrlə bağlı keçirilən dinləmələrdə parlamentarilər Ukraynada zorakılığa şərait yaradan məmurlara qarşı sanksiyaların leyhinə çıxış etmişdilər. Deputatların sanksiya tətbiq etmək istədikləri şəxslər arasında hətta prezident Viktor Yanukoviçin adı da çəkilirdi. İlk növbədə bu şəxslərin “bank hesabları Kanada da aşkar olunarsa, onların dondurulması və onlara qarşı viza məhdudiyyətlərinin tətbiq olunması nəzərdə tutulur”.

Onlar həmçinin, “Ukraynaya kanadalı müşahidəçiləri göndərmək” və “siyasi müxalifətçilərə siyasi sığınacaq vermək üçün Kanadanın sadələşdirilmiş proseduralar tətbiq etməsi” təklifi ilə çıxış etdilər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti