Gürcü nazir “Twitter”də Azərbaycandan yazdı

  24 Sentyabr 2020    Oxunub : 2196
 Gürcü nazir “Twitter”də Azərbaycandan yazdı
Gürcüstanla Azərbaycan arasında uzun müddətdir qurulmuş əməkdaşlıq xəttinin davam etdirilməsini səbrsizliklə gözləyirik.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani “Twitter”də yazıb.

“Həmkarım Ceyhun Bayramovu salamlamaqdan çox şadam. Uzun illərdən bəri qurulmuş əməkdaşlıq xəttimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Xarici İşlər Naziri olduğumuz müddətdə Gürcüstan və Azərbaycan arasındakı dostluq və tərəfdaşlığın inkişafına böyük töhfə verə biləcəyimizə ümid edirəm”, - deyə nazir bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan   XİN