Daha bir ölkədə ikinci dalğa başladı

 Daha bir ölkədə ikinci dalğa başladı
  24 Sentyabr 2020    Oxunub:2483
Kanadada koronavirusun ikinci dalğası başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Castin Tryudo xalqa müraciətində deyib. O bildirib ki, növbəti dalğa əvvəlkindən daha çox insanı yoluxdura bilər.

"Rəqəmlər ikinci dalğanın gəldiyini açıq şəkildə göstərir. Məsələn, martın 13-də biz sərt karantin tətbiq etdiyimiz zaman gündəlik yoluxma 47 idisə, sentyabrın 22-də bu mindən çoxdur. Payızda vəziyyət yazdakından pis ola bilər".

Baş Nazirin sözlərinə görə, hər il oktyabr ayında qeyd olunan ənənəvi "Şükran günü" qeyd edilməyəcək. Yalnız Milad bayramını qeyd etmə şansı olacaq.

Hökumət başçısı qeyd edib ki, Kanada koronavirus əleyhinə peyvəndi sınaqdan keçirən bir neçə əczaçılıq şirkəti ilə müqavilə bağlayıb və peyvənd hazır olan kimi istifadə olunacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kanada   Koronavirus  





Xəbər lenti