Almaniyadan çağırış: Bu ölkələrə getməyin!

Almaniyadan çağırış:  Bu ölkələrə getməyin!
  24 Sentyabr 2020    Oxunub:2407
Almaniyada son 24 saatda 2143 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, Almaniyada koronavirusa yoluxma hallarının ümumi sayı 278 min 70-ə çatıb. Ölkədə pandemiya başlayandan indiyədək 9428 nəfər COVID-19-dan vəfat edib.

Ölkədə Portuqaliya, İrlandiya və Sloveniyanın bəzi bölgələri riskli zonalar sırasına daxil edilib. Riskli ərazilərdən qayıdanlar mənfi test nəticəsi təqdim etmədikdə 14 günlük karantində saxlanılacaq.

Hökumət yerli vətəndaşları mümkün qədər riskli bölgələrə səyahət etməməyə çağırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti