Ermənistanda etiraz aksiyası: “Bu, xalqa qarşı cinayətdir”

Ermənistanda etiraz aksiyası:  “Bu, xalqa qarşı cinayətdir”
  24 Sentyabr 2020    Oxunub:3178
"Sosial ədalət naminə" partiyası Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirir.

Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, aksiyada iştirak edənlər bankların faiz dərəcələrini azaltmasını, kredit verilməsinə dair qanunvericilikdə dəyişikliklərin aparılmasını tələb edirlər.
“Siz, xalqdan etimad almış qanuni hökumət olaraq, siyasi iradə göstərməli və bu, ən ciddi problemi həll etməlisiniz. Pandemiya dövründə bankların kredit faizlərini qaldırması xalqa qarşı cinayətdir. Kredit fasiləsi elan edən banklar faizləri üç ay sonra dərhal tələb etdilər. Məhkəmə iclaslarının təxirə salınması da vətəndaşların kredit yükünü artırır”, - deyə etirazçılar bildiriblər.

Şikayətləri təmin olunmayan sakinlər Ermənistanın baş nazirinə və parlament sədrinə müraciət göndəriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti