Səfir Yasamaldakı Heydər Əliyev Mərkəzini ziyarət edib

Səfir Yasamaldakı Heydər Əliyev Mərkəzini ziyarət edib
  24 Sentyabr 2020    Oxunub:2931
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Bakının Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət edib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, diplomat Mərkəzin direktoru Naminə Ömərova ilə görüşüb.

Görüşdə, direktor Naminə Ömərova Mərkəzin funksiyaları, onun əməkdaşlıq şəbəkəsi və ölkədə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərini birləşdirən məlumat portalı haqqında söz açıb.

Səfir Labardini, öz növbəsində, son illərdə Meksika-Azərbaycan ikitərəfli münasibətlərin inkişafından danışıb. Son beş ildə orta göstəriciləri təxminən 13 dəfəyədək yüksələn ikitərəfli ticarət artımı haqqında məlumatları təqdim edib.

Vurğulayıb ki, hətta pandemiyanın təsiri olduğu bir halda, ikitərəfli mübadilə stabilləşib və 2020-ci ildə yeni rekord göstəricilərinin qeydə alınması mümkün ola bilər. Bundan əlavə, ikitərəfli əməkdaşlıqda mədəniyyətin rolunu qeyd edərək, film təqdimatı və musiqi konsertləri daxil olmaqla, səfirliyin virtual formatda keçirdiyi təbdirlər haqda məlumat verib.

Virtual tədbirlər daxil olmaqla, rəsm və foto sərgilər, film təqdimatları, müzakirələr, konfranslar və s. mədəni fəaliyyətlərə təkan vermək imkanları tərəflər arasında müzakirə olunub.

Ziyarət çərçivəsində, diplomat Mərkəzlə tanış oldu, Heydər Əliyevin həyatı, daxili və beynəlxalq siyasətinə həsr olunan muzey salonlarını ziyarət edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Meksika   Səfir  





Xəbər lenti