“Rusiyada vəziyyət həqiqətən yaxşıdır” - Putin

“Rusiyada vəziyyət həqiqətən yaxşıdır” -  Putin
  24 Sentyabr 2020    Oxunub:2345
Prezident Vladimir Putin koronavirusa görə digər ölkələrdə ciddi məhdudiyyətlərin tətbiq edildiyini, Rusiyada isə vəziyyətin daha yaxşı olduğunu deyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin buna səbəb kimi həyata keçirilən tədbirləri göstərib.

"Digər ölkələrdə baş verənlərə baxın. Yenidən ciddi məhdudiyyətlər tətbiq edirlər, istehsal müəssisələrini bağlayırlar və s. Rusiyada vəziyyət həqiqətən daha yaxşıdır. Ona görə yaxşıdır ki, vaxtında və effektiv şəkildə lazımi tədbirləri qəbul edirik”, - deyə Putin əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti