ABŞ-da 17 ildən sonra ilk dəfə afroamerikalı edam edildi

 ABŞ-da 17 ildən sonra ilk dəfə afroamerikalı edam edildi
  25 Sentyabr 2020    Oxunub:2946
ABŞ-da 17 ildən sonra ilk dəfə federal səviyyədə ölüm cəzasına məhkum edilmiş afroamerikalı edam edilib.

Azvision.az “Associated Press”ə istinadən xəbər verir ki, edam ABŞ-da federal səviyyədə ölüm cəzasına qoyulmuş 17 illik moratoriumun aradan qaldırılmasından sonra baş verib.
Kristofer Vialva 1999-cu ildə Texasda dindar cütlüyü öldürməkdə günahlandırıldı. Hökm İndiana ştatının Terre-Hot şəhərində yerləşən həbsxanada öldürücü inyeksiya vasitəsilə icra edilib.

2020-ci ilin yayında ABŞ Ali Məhkəməsi aşağı məhkəmə instansiyalarının edamlara müvəqqəti moratorium qoyulması barədə qərarını ləğv edib. Buna qədər ABŞ federal hakimiyyəti sonuncu dəfə edam cəzasını 2003-cü ildə icra edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Edam  





Xəbər lenti