Kim Çen In üzr istədi

 Kim Çen In üzr istədi
  25 Sentyabr 2020    Oxunub:2686
Şimali Koreya lideri Kim Çen In Sarı dənizdə Cənubi Koreya vətəndaşının öldürülməsinə görə üzr istəyib.
Azvision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Şimali Koreya Prezident Administrasiyasına istinadla məlumat yayıb.

Kim Çen Inın mesajında deyilir: “Böyük bir günah hissi ilə bu hadisənin Prezident Mun Çje İni və Cənubi koreyalıları nə qədər məyus etdiyini düşünürəm".

O həmçinin, Şimali Koreyanın bu cür “mənfur hadisələrin” təkrarlanmaması üçün tədbirlər görəcəyinə dair zəmanət verib.

Kim Çen In Şimali Koreya tərəfinin ərazi sularında olan Cənubi koreyalıya 10-dan çox atəş açdığını və sonra onu yandırdığını etiraf edib.

Qeyd edək ki, Cənubi Koreya ordusu bir həftədir itkin düşən ölkənin Dənizçilik və Balıqçılıq Nazirliyinin balıq ovuna məsul zabitinin Şimali Koreya əsgərləri tərəfindən vurulduğunu və daha sonra onun yandırıldığını bəyan edib.

Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Şimali Koreya koronavirus infeksiyasının ölkəyə girməsinin qarşısını almaq üçün Pxenyanın təsdiqlədiyi karantin qaydalarına uyğun olaraq belə bir addım adıb.

Cənubi Koreya Prezidenti hadisəni bağışlanmaz, insanlığa qarşı cinayət kimi xarakterizə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CənubiKoreya  





Xəbər lenti