COVID-19 qurbanlarının sayı 1 milyona yaxınlaşır

  25 Sentyabr 2020    Oxunub : 1458
COVID-19 qurbanlarının sayı 1 milyona yaxınlaşır
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon 420 min 147 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 987 min 813 nəfərdir.

İndiyədək 23 milyon 934 min 98 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

ABŞ COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Sonrakı yerləri Hindistan, Braziliya, Rusiya , Kolumbiya və Peru tutur. ABŞ ölənlərin sayına görə də dünya lideridir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Koronavirus   Pandemiya