Tonoyan Rusiyaya getdi

Tonoyan Rusiyaya getdi
  25 Sentyabr 2020    Oxunub:3616
Ermənistan müdafiə naziri David Tonoyan Rusiyada səfərdədir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, Tonoyan “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinin əsas mərhələsini izləyəcək.

Rusiya Prezidenti Vladimir Putin də hərbi təlimlərə baş çəkəcək.

Təlimlərin məqsədi Rusiya Müdafiə Nazirliyinin Cənubi Hərbi Dairəsinin hərbi komandanlıq və nəzarət orqanlarının döyüş hazırlığını yoxlamaq, həmçinin qarşılıqlı olaraq qoşunların səviyyəsini artırmaqdır.

Təlimlərdə Fövqəladə Hallar Nazirliyinin və Rusiya Qvardiyasının əməkdaşları, habelə altı xarici ölkədən - Ermənistan, Belarus, İran, Çin, Myanma və Pakistandan minə qədər hərbçi olmaqla 80 minə yaxın insan iştirak edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tonoyan   Rusiya  





Xəbər lenti