Qırğızıstanda yüzlərlə həkim virusa yoluxub

Qırğızıstanda yüzlərlə həkim virusa yoluxub
  25 Sentyabr 2020    Oxunub:1945
Qırğızıstanda son sutka ərzində koronavirusa 175 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 45 932 nəfərə çatıb. Onlardan 3227-si tibb işçisidir. İndiyədək 42 147 nəfər sağalıb, 1063 pasiyent virusun qurbanı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qızğızıstan   Koronavirus  





Xəbər lenti