Erməni deputat mandatından imtina etdi
“Parlamentin reqlamenti haqqında qanuna uyğun olaraq deputat Qayane Abrahamyan 25 sentyabrda istefa ərizəsini təqdim edib", - spiker Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, deputatın bir həftə ərzində mandatını geri götürmək hüququ var.
Xatırladaq ki, daha əvvəl Ermənistan mətbuatında Qayane Abrahamyan, Lusine Badalyan, Qor Qevorkyan, Ovannes Ovannisyan, Amazasp Danielyan və digər bir neçə deputatın mandatlarını təhvil verəcəkləri barədə məlumatlar yayılmışdı.
Onların Konstitusiya Məhkəməsi üzvlüyünə namizədlər, xüsusən də ölkə prezidenti tərəfindən irəli sürülən Artur Vaqarşyanın namizədliyi barədə səsvermə məsələsində razılığa gəlmədikləri vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Deputat