Rusiyadan Avropa ölkələrinə etiraz, Lukaşenkoya dəstək

  25 Sentyabr 2020    Oxunub : 1387
Rusiyadan Avropa ölkələrinə etiraz, Lukaşenkoya dəstək
Aleksandr Lukaşenkonun bir sıra Avropa ölkələri tərəfindən Belarus prezidenti kimi tanınmaması dolayısı ilə respublikanın işlərinə müdaxilədir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Lukaşenkonın tanınmaması barədə qərarlar dialoqun inkişafına kömək etmir və əslində daxili işlərə dolayı yolla müdaxilədir.

“Bu cür qərarlar birmənalı olaraq həmin dövlətlərin Belarus ilə dialoqunu yavaşladacaq və çətinləşdirəcək", - deyə Peskov əlavə edib.

O vurğulayıb ki, Rusiya bir sıra Avropa dövlətlərində qəbul edilmiş bu cür qərarları (Lukaşenkonun tanınmamasına dair - red.) alqışlamır.

“Onların ümumiyyətlə beynəlxalq hüquqa zidd olduğunu hesab edirik. Həmin qərarlar və bir sıra Avropa ölkələrinin Lukaşenkoya qarşı tutduğu mövqe heç bir halda Rusiya-Belarus münasibətlərinin mövcud vəziyyətinə və gələcək inkişaf perspektivlərinə təsir edə bilməz".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Belarus   Lukaşenko   Peskov