“Charlie Hebdo”nun binası qarşısında sakinlərə hücum edildi

  25 Sentyabr 2020    Oxunub : 1983
“Charlie Hebdo”nun binası qarşısında sakinlərə hücum edildi
Parisin 11-ci dairəsində satirik jurnal “Charlie Hebdo”nun keçmiş binası qarşısında naməlum şəxs soyuq silahla insanlara hücum edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağırdır.

Hücumu törədən şəxs hadisə yerindən qaçıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Paris   Fransa