Dilarə Səlim yenidən efirə qayıtdı

Dilarə Səlim yenidən efirə qayıtdı
  25 Sentyabr 2020    Oxunub:11116
Tanınmış teleaparıcı Dilarə Səlim yenidən efirə qayıdır.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Azvision.az -a verilən məlumatına görə, D.Səlim “AzTV Xəbər”i aparacaq. O, hər şənbə günü saat 20:00-da efirə çıxacaq.

Qeyd edək ki, Dilarə Səlim 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. Daha sonra müxtəlif televiziyalarda işləyib. 2018-ci ildən isə AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktorudur.

Azərbaycan Televiziyasının “AzTV Xəbər” proqramının yeni formatda və yeni studiyadan ilk buraxılışını həmkarı Rafiq Həşimovla birlikdə Dilarə Səlim təqdim edib.

Xanım aparıcının müəllifi və aparıcısı olduğu “Peşəkarlar” layihəsinin ilk buraxılışı sentyabrın 25-də yayımlanacaq.

Azvision.az


Teqlər: AzTV   Aparıcı   Dilarə-Səlim  





Xəbər lenti