Qazaxıstanda son sutkada 69 yoluxma olub

Qazaxıstanda son sutkada 69 yoluxma olub
  26 Sentyabr 2020    Oxunub:1733
Qazaxıstanda son sutka ərzində koronavirusa 69 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Central Asia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə 107 659 yoluxma müəyyən edilib. İndiyədək 102 530 xəstə sağalıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 3410 nəfərin müalicəsi davam edir, onlardan 37-si uşaqdır. Stasionar nəzarətdə 1809, ambulator şəraitdə isə 1601 xəstə var.

Koronavirusa yoluxanlardan 92 nəfərin vəziyyəti ağır, 16 pasiyentin durumu kritik qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   Koronavirus  





Xəbər lenti