İsrail Müdafiə Nazirliyininə haker hücumu

İsrail Müdafiə Nazirliyininə haker hücumu
  30 Yanvar 2014    Oxunub:1146
Hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə edib.
Naməlum hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə etməklə fişinq hücumu həyata keçirib və Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) təcili məlumatı imitasiya edən məktub vasitəsilə ölkənin bir sıra kompüterlərini yoluxdurub. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan “Seculert” şirkəti məlumat verib.

Şirkətin texniki direktoru Aviv Raffın sözlərinə görə, yanvarda hakerlər 15 kompüter üzərində müvəqqəti nəzarətə nail olublar. Həmin kompüterlərdən biri Fələstin ərazisini izləyən İsrail Mülki Administrasiyasına məxsus olub. “Seculert” nümayəndəsi Müdafiə Nazirliyinin şəbəkəsinə haker hücumunun arxasında Fələstin hakerlərinin durduğunu ehtimal etdiyini qeyd edib.

“Seculert”in məlumatına görə, şəbəkəyə müdaxilə üçün “[email protected]” ünvanından dövlət xidməti əməkdaşlarının elektron poçtlarına göndərilən “Xtreme RAT” zərərli proqramından istifadə edilib.

Kompüter hücumu üçün ABŞ-da yerləşən serverlərdən istifadə olunub, lakin ekspertlərin fikrincə, hücum Fələstin hakerləri tərəfindən həyata keçirilib.


Teqlər:  





Xəbər lenti