Braziliyada virusdan ölənlərin sayı 729 nəfər artıb

  26 Sentyabr 2020    Oxunub : 1340
Braziliyada virusdan ölənlərin sayı 729 nəfər artıb
Braziliyada son 24 saat ərzində 729 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 140 537-yə yüksəlib. Yoluxma sayı son sutkada 31 911 nəfər artaraq 4 689 613-ə çatıb. İndiyədək 4 40 949 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Braziliya   Koronavirus   Pandemiya