Hindistanda COVID-19-dan ölüm sayı 93 mini keçib
Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 milyon 903 min 932 nəfərə çatıb. Son bir gündə 1089 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 93 min 379-a yüksəlib. İndiyə qədər 4 milyon 849 min 584 xəstə sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici, virusdan ölümlərə görə isə 3-cü yerdədir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Hindistan Koronavirus