Təyyarə qəzasında sağ qalan iki nəfərdən biri öldü
Xatırladaq ki, dünən qəzaya uğramış hərbi təyyarədə heyət üzvləri və Xarkov Hava Qüvvələri Universitetinin kursantları ilə birlikdə 27 nəfər olub. İki kursant təyyarədən yerə atılaraq xilas olub, onlar xəstəxanaya yerləşdirilib. Kursantlardan birinin vəziyyəti ağır idi. O, bu gün vəfat edib. Bununla ölü sayı 26 nəfərə çatıb.
Hazırda Prezident Vladimir Zelenski hadisə yerindədir.
Pərvanə Sultanova
Azvision.az