Adib istefa verdiyini və yeni hökumət qurmaqdan imtina etdiyini açıqlayıb.
"İstefamın səbəbi siyasi blokların şərtimi yerinə yetirməməsi idi. Hökumətin qurulması prosesini siyasiləşdirməkdən imtina etmədilər", - deyə Baş Nazir əlavə edib.
Xatırladaq ki, avqust ayında paytaxt Beyrutda baş vermiş güclü partlayışdan sonra Livan hökuməti istefaya gedib. Livan Prezidenti Mişel Aun avqustun 31-də namizədliyi irəli sürülən Mustafa Adibi Baş Nazir postuna təsdiqləyib.
Livan XİN: "Region uçuruma dirənib" |
2013-cü ildən Livanın Almaniyadakı səfiri olan Mustafa Adibin bu posta namizədliyini Livanın keçmiş Baş Naziri və ölkənin ən böyük sünni partiyasının lideri Saad əl-Həriri, Hizbullah hərəkatı və Valid Cumblattın lideri olduğu Proqressiv Sosialist Partiyası da dəstəkləyib.
Pərvanə Sultanova
Azvision.az