Rusiyada bir gündə 7523 nəfər koronavirusa yoluxdu

Rusiyada bir gündə 7523 nəfər koronavirusa yoluxdu
  26 Sentyabr 2020    Oxunub:1863
Rusiyada son sutka ərzində daha 7523 nəfər koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 1 143 571-ə yüksəlib.

Rusiyada bir gündə virusdan 169 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 20 225-ə çatıb.

İndiyədək 940 150 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti