Polad Bülbüloğlu Sankt-Peterburqda danışıqlar apardı

  26 Sentyabr 2020    Oxunub : 1657
Polad Bülbüloğlu Sankt-Peterburqda danışıqlar apardı
Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 25-26 sentyabr tarixlərində Sankt-Peterburqa səfər edib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində P.Bülbüloğlu qubernator Aleksandr Beqlovla görüşüb.

Görüşdə əsasən Azərbaycanın cari ilin 12-14 noyabr tarixlərində keçirələcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Məlum olduğu kimi, Azərbaycan bu ilki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

Həmçinin, humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: IXSankt-PeterburqBeynəlxalqMədəniyyətForumu