Berluskoninin koronavirus testi müsbət çıxdı

Berluskoninin koronavirus testi müsbət çıxdı
  26 Sentyabr 2020    Oxunub:2136
İtaliyanın keçmiş Baş Naziri Silvio Berluskoninin növbəti koronavirus testi müsbət çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə "Il Messaggero" qəzeti məlumat yayıb.

Siyasətçinin Arkordakı villasında təcrid olunduğu deyilir. O, yorğunluq sindromuna baxmayaraq, özünü yaxşı hiss edir.

Test nəticəsinin müsbət çıxması Berluskoninin sentyabrın 29-na planlaşdırılan doğum günü şənliyinin ləğvinə səbəb olub.

Xatırladaq ki, sabiq Baş Nazirə sentyabrın 2-də ilkin mərhələdə ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Bundan sonra o, xəstəxanaya yerləşdirilib, sentyabrın 15-də isə evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Berluskoni  





Xəbər lenti