Yunanıstan səfirliyi Bakıda konsert keçirdi

Yunanıstan səfirliyi Bakıda konsert keçirdi
  30 Yanvar 2014    Oxunub:1570
Yunanıstanın Avropa İttifaqında sədrliyi münasibətilə Bakıda konsert keçirildi.
Bu gün Yunanıstanın Azərbaycandakı səfirliyi ölkənin Avropa İttifaqında sədrliyi münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında konsert proqramı təşkil edib.
Konsertdən əvvəl çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas ölkəsinin 1981-ci ildə Avropa İttifaqına üzv olduğunu, beşinci dəfədir ki, quruma sədrlik etdiyini bildirib. Artıq bu məsələdə Yunanıstanın böyük təcrübəsinin olduğunu deyən diplomat Aİ-yə sədrlik müddətində ölkəsinin qarşıya qoyduğu prioritetlərdən söhbət açıb.

Sonra konsert başladı.

Konsertdə “Trio Elegeia” qrupunun ifasında görkəmli yunan bəstəkarları Manos Hacidakisin, Nikos Skalkotasın, Mikis Theodorakisin və başqalarının əsərləri ifa olunub.


Teqlər:





Xəbər lenti