Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib

  27 Sentyabr 2020    Oxunub : 5202
    Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
Azərbaycan Ordusunun şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib

"Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib", - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi