SOCAR Batumidə beynəlxalq memarlıq nümunəsi yaradıb

SOCAR Batumidə  beynəlxalq memarlıq nümunəsi yaradıb
  30 Yanvar 2014    Oxunub:1427
SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası orijinal dizaynına görə dünyanın ən yaxşı müasir memarlıq obyektləri siyahısına salınıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Batumidəki yanacaqdoldurma stansiyası orijinal və futuristik dizaynı ilə dünyanın nüfuzlu nəşrlərinin diqqət mərkəzindədir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 2013-cü ildə ABŞ-ın nüfuzlu “The Huffington Post” nəşri bu stansiyanın ərazisində yerləşən “McDonald’s”ı ən kreativ və gözəl “fastfood” obyekti kimi dünyanın ən yaxşı 100 binası siyahısına salıb.

Bu il nüfuzlu ArchDaily memarlıq şirkəti həmin binanı seçilmiş memarlıq nümunələri sırasına daxil edib.
SOCAR-ın uğurlu layihələrindən biri olan Batumi “McDonald’s”ı fəaliyyətə başladığı gündən populyarlıq qazanıb. Şüşə və poladdan qurulmuş üçmərtəbəli konstruksiyanın interyerini asma bağ bəzəyir. Binanın digər hissəsindən isə gözəl hovuz mənzərəsi görünür.

Şüşələr binanın günəş işığı ilə dolmasına imkan verir və daxili mühitə təbii çalarlar gətirir. Onlar həm də bayırdakı səs-küyün qarşısını alırlar. Yanacaqdoldurma məntəqəsi (YDM) və restoran bir-birindən həm fiziki, həm də vizual baxımdan tam təcrid olunub. Belə ki, restoranın müştəriləri YDM-in işini görə bilmirlər. Qeyd etmək lazımdır ki, Batumi “McDonald’s”ı SOCAR-ın dünyanın diqqətini cəlb edən yeganə memarlıq layihəsi deyildir. Tbilisi-Batumi magistralı üzərində yerləşən çoxfunksiyalı avto-launc beynəlxalq səviyyədə populyarlıq qazanıb. Burada “Qudvill” marketi və “fastfood” restoranı ilə yanaşı, müştərilərə bir sıra digər komfortlu xidmət növləri də təklif olunur.


Teqlər:





Xəbər lenti