"Ermənistanın hücumlarını nifrətlə qınayıram" - Hulusi Kılıc

 "Ermənistanın hücumlarını nifrətlə qınayıram" -  Hulusi Kılıc
  27 Sentyabr 2020    Oxunub:2971
İşğalçı Ermənistanın mülki şəxslərə qarşı hücumlarını şiddət və nifrətlə qınayıram.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıc bildirib.

İşğalçı Ermənistan Azərbaycanın Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraklı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbeyli və Cəbrayılın Cocuq Mərcanlı kəndlərinə hücum edib.

“Ordumuz buna əks hücumla cavab verdi. Genaral Polad Həşimov, Mübariz İbrahimov və bütün şəhidlərimizin ruhunu şad etmək üçün Şanlı Ordumuz qələbə çalsın. Bu əməliyyat işğal altında olan Qarabağımızın azad olunması ilə nəticələnsin. Azərbaycan xalqı və Ordusu cənab Prezident İlham Əliyevin yanındadır. Türkiyə can Azərbaycanın yanındadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti