Abdulla Gül İtaliyada - VİDEO
Səfər çərçivəsində Prezident Abdullah Gül İtaliyanın dövlət başçısı Ciorcio Napolitano ilə görüşüb.
Görüşdə Türkiyənin Avropaya inteqrasiyası, İtaliyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə iki ölkə arasındakı əlaqələr, Suriya problemi, iqtisadi münasibətlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Ciorcio Napolitano ölkəsinin Aİ Şurasına sədrliyi dövründə Türkiyə ilə qurum arasında dialoqun gücləndirilməsinə çalışacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Suriya münaqişəsinin həllini tapması istiqamətində bütün səylər səfərbər edilməlidir. İtaliya dövlətinin başçısı Türkiyə hökumətinin 700 min suriyalı qaçqına qucaq açmasını yüksək qiymətləndirib.
Prezident Abdullah Gül Türkiyənin Aİ-yə üzvlüyü məsələsində hər zaman İtaliyanın dəstəyinin hiss olunduğunu diqqətə çatdırıb. Suriya münaqişəsinin bütün dünya üçün böyük problem olduğunu deyən Türkiyənin dövlət başçısı məsələnin həllinin vacibliyini vurğulayıb.
Prezident Abdullah Gül, həmçinin Türkiyə ilə İtaliya arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Səfər çərçivəsində Romada Yunus Emre Türk Mədəniyyət Mərkəzinin açılışında, Türkiyə-İtaliya biznes forumunda iştirak edəcək Prezident Abdullah Gülün İtaliyanın bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.
Teqlər: