“Lavrov Qarabağdakı vəziyyətlə bağlı intensiv təmaslar aparır” - Zaxarova

“Lavrov Qarabağdakı vəziyyətlə bağlı intensiv təmaslar aparır” -  Zaxarova
  27 Sentyabr 2020    Oxunub:3093
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsi ilə əlaqədar tərəfləri atəşi dayandırmağa və danışıqlara başlamağa təşviq etmək üçün intensiv təmaslar aparır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq Lavrov tərəfləri atəşi dayandırmağa və vəziyyəti sabitləşdirmək üçün danışıqlara başlamaq üçün intensiv təmaslar qurur", - XİN rəsmisi vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti