Almaniya XİN döyüşləri dayandırmağa çağırdı

  27 Sentyabr 2020    Oxunub : 1880
 Almaniya XİN döyüşləri dayandırmağa çağırdı
Ermənistan və Azərbaycan dərhal hərbi əməliyyatları dayandırmalı, Dağlıq Qarabağ ətrafındakı böhran dinc diplomatik yollarla həll olunmalıdır.
Azvision.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas bildirib.

“Münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırıram. Xüsusilə kənd və qəsəbələrin atəşə tutulması...”, - deyə Almaniyanın XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, münaqişə yalnız ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar yolu ilə həll edilə bilər.

"Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməlidirlər".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya   XİN   Qarabağ