Türkiyədə koronavirusla bağlı son vəziyyət

  27 Sentyabr 2020    Oxunub : 1060
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1467 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 7997, virusa yoluxanlar isə 314 433 nəfərə çatıb.

Türkiyədə indiyədək 275 630 pasiyent (son sutkada 1116 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus