COVID-19 qurbanlarının sayı 1 milyonu keçdi

  COVID-19 qurbanlarının sayı 1 milyonu keçdi
  28 Sentyabr 2020    Oxunub:1599
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 33 milyon 304 min 666 nəfərə çatıb.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 2389 nəfərdir.

İndiyədək 24 milyon 634 min 298 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

ABŞ COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Sonrakı yerləri Hindistan, Braziliya, Rusiya, Kolumbiya və Peru tutur. ABŞ ölənlərin sayına görə də dünya lideridir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti