II İlya İrəvan və Bakıya müraciət edib

 II İlya İrəvan və Bakıya müraciət edib
  28 Sentyabr 2020    Oxunub:1877
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya Ermənistanla Azərbaycan arasındakı qarşıdurmadan narahatlığını ifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Pravoslav Kilsəsi Patriarxlığının mətbuat ofisi məlumat yayıb.

“Qarşıdurmanın başlaması barədə xəbərləri həyəcanla öyrəndik. Bu, bizim üçün xüsusilə ağrılıdır, çünki qonşu və dostuq, Gürcüstanda çoxlu azərbaycanlı və erməni yaşayır”.

Katolikos-Patriarxı II İlya Ermənistan və Azərbaycanın hakimiyyət orqanlarının, habelə beynəlxalq birliyin münaqişə zonasında gərginliyin daha da artmasına imkan verməyəcəyinə əminliyini ifadə edib, əks halda bu, bölgə və dünya üçün ciddi bir çağırışa çevrilə bilər: "Azərbaycan və Ermənistanda, bütün Qafqazda sülh olması üçün dualar edirik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti