Dodon Bakı və İrəvanı sülhə çağırdı

 Dodon Bakı və İrəvanı sülhə çağırdı
  28 Sentyabr 2020    Oxunub:2036
Moldova Prezidenti İqor Dodon atəşin dayandırılması üçün Ermənistan və Azərbaycan rəhbərliyinə müraciət edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Dodon Qarabağda Azərbaycanla Ermənistan arasında baş verənlərdən narahatlıq duyduğunu bəyan edib.

“Hər iki ölkə Moldovanın dostudur, ən yüksək səviyyədə daxil olmaqla yaxşı təmaslarımız var. Atəşi dayandırmağa, sakitliyə və sülhə çağırırıq", - Moldova Prezidenti əlavə edib.

Prezident, həmçinin Moldovada yaşayan erməni və azərbaycanlı diasporlarının nümayəndələrinə müraciət edib: “Biz, bir çox millətin sülh içində yaşadığı dövlətik, buna görə hamını sakitliyi saxlamağa çağırıram. Vəziyyətin asan olmadığını başa düşürük, amma sizə - əziz vətəndaşlar, azərbaycanlılar və ermənilərə müraciət edirəm - bu münaqişəni Moldova ərazisinə köçürməyin, sakit olmalıyıq - etirazsız və qeyri-sabitlik olmadan”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moldona  





Xəbər lenti