Çin Qarabağdakı vəziyyətə münasibət bildirdi

 Çin Qarabağdakı vəziyyətə münasibət bildirdi
  28 Sentyabr 2020    Oxunub:2938
Pekin Ermənistanı və Azərbaycanı təmkinli olmağa, Dağlıq Qarabağdakı eskalasiyadan çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Vanq Venbin bildirib.

O vurğulayıb ki, Çin Azərbaycan və Ermənistanın fikir ayrılıqlarını dialoq vasitəsilə həll edəcəyinə və hazırkı vəziyyətdə sakitlik və təmkin göstərəcəyinə ümid edir.

“Regional sülhün və sabitliyin qorunması bütün tərəflərin maraqlarına cavab verir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  





Xəbər lenti