Ukraynada amnistiya elan olundu

Ukraynada amnistiya elan olundu
  30 Yanvar 2014    Oxunub:1147
Parlament prezidentin elan etdiyi amnistiya aktını qəbul etsə də, müxalifət qanunun qəbul olunmuş variantından narazıdır.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, ötən gecə Ukraynada amnistiya ilə bağlı qanun qəbul olunub.

Regionlar və Kommunist partiyaları, həmçinin bir qrup bitərəf deputat səs veriblər. Lakin iqtidardakı “Regionlar” partiyasından deputat olan Yuri Miroşniçenkonun təklif etdiyi qanun layihəsi həbsdəkilərin əfv olunması üçün müxalifət tərəfdarlarının zəbt etdikləri avtomobil yollarını və hökumət binalarını tərk etmələrini ilkin şərt kimi irəli sürür.

Nəticədə, 232 deputat leyhinə səs verməklə qanun qəbul olunub. Qanun ümumilikdə, noyabrın sonlarından bəri həbs olunmuş 100 nəfərin azadlığa çıxmasını nəzərdə tutur.
Qanun layihəsinin dəstəklənməsi üçün prezident Viktor Yanukoviçin şəxsən parlamentə gəlib. Öz partiyası ilə toplantı keçirən Ukrayna prezidenti gündəliyə əfvlə bağlı salınmış 4 layihədən məhz deputat Miroşniçenkonun layihəsini dəstəkləməyə çağırış edib. Jurnalistlərin sözlərinə görə, öz partiya yoldaşlarına müraciət edən Yanukoviç “ya Miroşniçenkonun təklifinə səs verirsiniz, ya da ümumiyyətlə bu gün səsvermə olmayacaq”- deyə onlara xəbərdarlıq edib.
Müxalifətçilərin iddialarına görə, Yanukoviçin çıxışına qədər əksər “regionçu” deputatlar müxalifət fraksiyalarının təklif etdiyi 3 layihədən birini dəstəkləməyə hazır idi.
Müxalifət ölkənin siyasi böhrandan çıxması üçün amnistiyanı ilkin şərt olaraq irəli sürmüşdü.

“Biz amnistiyanın heç bir ilkin şərt irəli sürülmədən elan olunmasını istəyirik. Ölkədəki situasiyanı normallaşdırmaq üçün siyasi terrora son qoymaq lazımdır”- deyə müxalifət liderlərindən biri, “Batkovşina” partiyasının sədri Aleksandr Turçinov bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti